Matvienko Oqtay Əsədovu Krıma dəvət edib

“Spiker Oqtay Əsədov Krıma getməməlidir, çünki həmin ərazi işğal olunub”.

Source: google.az


Rauf Mirqədirov: ''Spiker Oqtay Əsədov Krıma getməməlidir''

Azərbaycanda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Milli Məclisin sədri Oqtay Əsədovu Sevastopolun alman faşistlərindən azad edilməsinin 75 illik yubileylərində iştirak etmək üçün Krıma dəvət edib.


Rusiya mətbuatı

nın məlumatına görə, V.Matvienko deyib ki, Sevastopol qəhrəman şəhərdir və onun azad edilməsi üçün keçmiş SSRİ-i ərazisində yaşayan müxtəlif xalqların nümayəndələri vuruşublar.

“Mən, imkanınız varsa sizi, yoxdursa, Milli Məclisin nümayəndə heyətini yubiley tədbirlərinə dəvət edirəm. Bu, ümumi tariximizi xatırlamaq üçün yaxşı fürsətdir”, – V.Matvienko deyib.

O, xatırladıb ki, mayda II Dünya müharibəsində qələbənin növbəti ildönümüdür və Azərbaycanın faşizm üzərində qələbəyə kölgə salmağa imkan verməməsini Rusiyada yüksək qiymətləndirirlər.

“Bu, bizi birləşdirən ümumi yaddaşımızdır”, – V.Matvienko deyib.

Sevastopol sovet əsgərləri tərəfindən 1944-cü ildə Krım əməliyyatı çərçivəsində azad edilib.

Sevastopol Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımın ərazisindədir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyaraq, Krımı Rusiyanın ərazisi kimi qəbul etmir.

V.Matvienkonun dəvəti Azərbaycan rəsmilərini çətin seçin qarşısında qoyur. Bir tərəfdən Sevastopolun azad edilməsində SSRİ-də yaşayan digər xalqların nümayəndələri kimi azərbaycanlıların da iştirakı olub, digər tərəfdən Krıma səfər Ukraynanın ərazi bütövlüyünə hörmətsizlikdir.

Məsələyə münasibət bildirən mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov deyib ki, spiker Oqtay Əsədov Krıma getməməlidir.

“Çünki Rusiya Ukraynanın ərazisi olan Krımı ilhaq edib. Bu mənada rəsmi şəxsin ora getməsi həmin ərazinin Rusiyaya məxsus olduğunu tanıması deməkdir”.

Рауф Миркадыров
Rauf Mirqədirov

Rauf Mirqədirov bildirib ki, Krımın faşist Almaniyasından azad edilməsi tarixi hadisədir, amma hazırda Krım Rusiya tərəfindən ilhaq edilib.

“Nəzərə alın ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır. Azərbaycanın qanunverici orqanının sədrinin ora gedib Rusiya tərəfindən təşkil olunan tədbirlərə qatılması ilhaq faktını tanınması anlamına gəlir. O zaman sual yaranacaq, Azərbaycan Dağlıq Qarabağa səfər edən xarici dövlətlərin deputatları, rəsmiləri, ictimai və mədəniyyət xadimləri haqda nə üçün “qara siyahı” tətbiq edir? Bir neçə il əvvəl bloger Lapşin buna görə həbs olunub Bakıya gətirildi. Ona görə ora getmək doğru olmazdı”.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa suala birmənalı cavab verib:

“Spiker Oqtay Əsədov Krıma getməməlidir, çünki həmin ərazi işğal olunub”.

Ana səhifəXəbərlərMatvienko Oqtay Əsədovu Krıma dəvət edib