Noyabrın 28-də Nardaran kəndinin qonşuluğunda yerləşən Maştağa kəndində də internet kəsilib. Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat verib. Xəbərdə bildirilir ki, dünəndən kənddəki polis bölməsinin qarşısında içərisi polislə dolu maşın dayanıb. Polislərin əyinlərində qoruyucu gödəkçə, əllərində silah var. Maştağaya gələn bütün maşınlar saxlanılır, adamlar yoxlanılır.
Nardarana gedə bilməyən daha bir kənd sakini isə oradakı qohumlarından narahatdlr: “Nardaranlıyam, kənddən çıxdım, geri qayıda bilmirəm. İşıqlar sönüb deyə hər kəsin telefonunun enerjisi tükənib, heç kimlə əlaqə saxlamaq olmur”.
Bu yazı 9 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 28 Noyabr 2015 16:37