Maskalanmışların paradı

Məsələn, həyətimizə hər gün həm Bakı kəndlərindən, həm də müxtəlif rayonlardan kənd təsərrüfatı məhsulları satan adamlar gəlir.

Mənbə: Meydan TV


İşlərin hamısına Prezident getdi; özünün təyin etdiyi Operativ Qərargahın qadağalarına baxmayaraq

AzTV-lər hərşeyşünas ekspertləriylə yenə od püskürür, əhalini karantin qaydalarını pozmaqda qınayır, maska taxmadığına görə yamanlayır. İki günlük “evdəqal” qadağasını pozub rayonlara gedənləri ciddi cəzalandırmağı tələb edir. Yenə gündəmin əsas mövzusu cərimələrdir. Ölkəni cəngəllik qanunlarıyla idarə edənlər əhalini qanunları pozmamağa çağırır, cərimələrin artırılmasını tələb edirlər. Notariat rolu oynayan Milli Məclis də bütün bu qanunsuzluqlara möhürünü vurur. Absurd deyilmi? Sən addımbaşı bütün qanunları ayaqlar altına atır, Ana Yasanı belə tapdalayır, adamları heç bir səbəb olmadan saxta ittihamlarla həbs edir, küçədə sürüyür, evindən alt paltarında çıxarır, cərimələyir, sonra da onları qaydaları pozmamağa çağırırsan.

Ölkədə küçə ticarətini qadağan ediblər (yanlış qərardır), ancaq bütün ölkədə küçələrdə şıdırğı alver gedir. Məsələn, həyətimizə hər gün həm Bakı kəndlərindən, həm də müxtəlif rayonlardan kənd təsərrüfatı məhsulları satan adamlar gəlir. Dünyanın hər yerində belə küçə ticarəti var, bizdəsə qadağandır, ancaq hər gün o maşınların ardınca, əsasən mülki formada və şəxsi maşınla polislər gəlib hər satıcıdan 5 manat alıb gedirlər. Yeri gəlmişkən, karantin günlərində öz maşınında məhsulunu satan satıcıların sayı azalsa da, polislər, hər ehtimala qarşı, hər gün həyətə gəlir, arada gələn satıcılardan 5 manatlarını alıb gedirlər. 5 manatı verməyənsə anındaca bölməyə aparılıb 80 manat cərimə olunur, yəni 5 manatını ver, qanunun yanından keç.

Bütün sahələrdə belədir, ölkə vətəndaşları qanunsuzluqlar mühitində yaşayır, tərbiyə olunur, qanunu pozmağı vərdişə çevirir. Çünki onu idarə edənlər qanunu pozur, qanunsuz hərəkətlər edir, həmişə qanunun yanından keçməyə yol qoyur. Ölkə ərazisində hərəkətin məhdudlaşdırıldığı aylarda Prezident İlham Əliyev yaxın ətrafıyla (çoxsaylı, görünən və görünməyən mühafizəçiləriylə) Bakıda və regionlarda bir çox açılışlarda iştirak edib. Bu səfərlər zamanı Bakıdan başlayaraq rayona kimi bütün yol mühafizə olunur, bu mühafizəyə çox sayda adamın cəlb edildiyini hamı bilir. Ehtiyac vardımı buna? Başçı nümunə olmadıqda, vətəndaşdan qanuna tabe olmağı tələb etmək nə qədər düzgündür?Bu səfərlərdən yalnız birində – Ağcabədiyə səfərdən – 3 iyundan başlayaraq İlham Əliyev maska taxır.

Aprelin1-dən qüvvəyə minən qadağalar dövründə Prezidentin saytında yerləşdirilən xəbər başlıqlarına baxın:


11 iyun 2020, 11:40

– İlham Əliyev Bakının Xətai rayonunda “Azərenerji”nin “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib


09 iyun 2020, 16:05

– İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub


03 iyun 2020, 18:40

– İlham Əliyev

yenidən qurulan

“Ağcabədi-2” elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib


03 iyun 2020, 17:45

– Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib


03 iyun 2020, 17:44

– İlham Əliyev Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib


03 iyun 2020, 17:40

– Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı zavodu istifadəyə verilib


03 iyun 2020, 17:35

– İlham Əliyev Ağcabədidə taxıl biçininə başlanması mərasimində iştirak edib


03 iyun 2020, 17:30

– İlham Əliyev Ağcabədi rayonunda səfərdə olub


03 iyun 2020, 16:25

– İlham Əliyev Ağdam rayonunun ərazisindəki “N” saylı hərbi hissədə olub


03 iyun 2020, 14:10

– İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edib


03 iyun 2020, 13:35

– İlham Əliyev “Tərtər” elektrik yarımstansiyasının

yenidənqurmadan sonra açılışında

iştirak edib


03


iyun 2020, 13:15

– İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib


03 iyun 2020, 13:10

– İlham Əliyev Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun açılışında iştirak edib


03 iyun 2020, 13:05

– İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib


03 iyun 2020, 13:00

– İlham Əliyev Tərtər rayonuna səfərə gəlib


28 may 2020, 13:20

– İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edib


25 may 2020, 17:15

– İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olub


25 may 2020, 17:05

– İlham Əliyev Şamaxıda tikilən çoxmənzilli binalarda yaradılan şəraitlə tanış olub


25 may 2020, 16:50

– İlham Əliyev Şamaxı şəhərində və rayonun Meysəri kəndində körpələr evi-uşaq bağçalarının açılışında iştirak edib


25 may 2020, 16:45

– İlham Əliyev Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış olub


25 may 2020, 16:30

– İlham Əliyev Şamaxıda Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olub


25 may 2020, 15:40

– İlham Əliyevin Şamaxı rayonuna səfəri


19 may 2020, 13:50

– İlham Əliyev 3 saylı DOST mərkəzinin açılışında iştirak edib


12 may 2020, 13:50

– İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park” MMC-in tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak edib


10 may 2020, 13:45

– İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə ağac əkib


07 may 2020, 14:05

– İlham Əliyev modul tipli ilk xəstəxana kompleksinin açılışında iştirak edib


24 aprel 2020, 12:45

– İlham Əliyev 3042 məcburi köçkün ailəsi üçün yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanış olub


24 aprel 2020, 12:40

– İlham Əliyev Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında iştirak edib


20 aprel 2020, 11:00

– İlham Əliyev “Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışında iştirak edib


06 aprel 2020, 14:00

– İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib


03 aprel 2020, 12:20

– İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub.

Elektrik stansiyası açılışında, taxıl biçinində, yol çəkilişində, ev tikintisində, qaz kəməri xəttinin, xəstəxananın, içməli su təchizatı və kanalizasiya sistemlərinin, ziyarətgahların yenidən qurulmasında və s. “tövsiyə və tapşırıqlarını” verən, yəni bütün sahələrin bilicisi kimi təqdim olunan Prezident niyə soruşmur ki, xaricdən alınan, gömrükdən keçən maska Azərbaycanda 10 qəpik olub, ancaq öz istehsalımız başlayandan sonra qiymət 30 qəpiyə qaldırılıb. Niyə?

Sonda bir müqayisə. Qonşu Rusiya da başqa ölkələr kimi koronavirusdan əziyyət çəkir, orda da müəyyən qadağalar var. Azərbaycan hakimiyyətinin həmişə örnək götürdüyü, məsləhətləşdiyi Vladimir Putin qadağalar dövründə kabinetindən çıxmadı, açılışlara da internetlə, video formatında

qoşuldu

.

Koronavirusla bağlı ölkə ərazisində xəstəxanaların tikintisi ilə da videokonfrans vasitəsilə tanış

olub

.

Belə xeyli faktlar var. Bizdəsə hansısa kiçik sexin, yolun genişləndirilməsinin, bir neçə kilometrlik yolun açılışına, ziyarətgahın təmiri işlərinə, hansısa müəssisənin yenidən qurulmasından sonrakı açılışına və bu kimi başqa işlərin hamısına Prezident getdi; özünün təyin etdiyi Operativ Qərargahın qadağalarına baxmayaraq. Sonra da əhalidən məsuliyyətli olmaq tələb edilir, şəhərin qadağalarından rayonlara qaçan adamlar qınanır, onlarla bağlı araşdırmalar aparılacağı deyilir. Belələrinə cəza tələb edənlər də var. Aprelin əvvəlindən başlayaraq Prezidentin saytına saxta məktublar yerləşdirib, sonra bu məktubların yandaş saytlarda, AzTV-lərdə təbliğatını aparıb xalqı inandırdınız ki, İlham Əliyev virusu ölkəyə qoymayacaq, xalqı bu bəladan xilas edəcək. Bəzi məktublardasa lap qabağa gedib “xalqı bu bəladan qurtardınız” yazdılar. Xalq da inanıb maska taxmadı, sizin polislərə rüşvət verib rahat şəkildə rayonlara gedib gəldilər. Daha o məktublar əvvəlki temp və sayla yazılmır. Bunun niyəsini də araşdırın.

Ancaq araşdırmalara yuxarıdan başlayın, cənablar!

Ana səhifəXəbərlərMaskalanmışların paradı