Maşınına ”satılır” yazanlar cərimələnəcək

“Avtomobildə reklam xarakterli təsvirlər qanunla qadağan edilib”

Source:
Avtomobil
Avtomobil


“Avtomobildə reklam xarakterli təsvirlər qanunla qadağan edilib”

“Avtomobil üzərində istənilən reklam xarakterli təsvirlər qanunla qadağan edilib. Bu qaydaları pozanlar cərimələnir”.

“Sputnik”ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. O, reklam xarakterli informasiya olan təsvirlər üçün lazım olan sertifikatı almaq lazım olduğunu bildirib:

“Avtomobilin şüşəsində “Satılır” yazısı yapışdırmaq da reklamdır. Avtomobilin hansı şirkətə məxsus olduğunu bildirən ad və ya loqotip isə reklam hesab edilmir”.

O, bütün bu deyilənlərin yeni qanunvericilikdə əksini tapdığını söyləyib:

““Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi” qaydaların pozulmasına görə, fiziki şəxslər üçün 50, vəzifəli şəxslər üçün 150-200, hüquqi şəxslər üçün isə 500-2000 manat cərimə müəyyən edilib”.

Normalara əsasən nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı, yaxud reklam agenti arasında bağlanılan müqavilə əsasında yerləşdirilir. Nəqliyyat vasitələrində reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir.

Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə razılıq Daxili İşlər Nazirliyinin hazırladığı reklama dair texniki şərtlər pasportu əsasında Daxili İşlər Nazirliyi tərəfindən verilir. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Nəqliyyat vasitələrinin üzərində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə alınmalı, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 60 faizindən çox olmamalıdır.

Ana səhifəXəbərlərMaşınına ”satılır” yazanlar cərimələnəcək