Bazar sahibinin təklifi qəbul edilməyib
Yanvarın 21-də Babək prospektində olan maşın bazarında çalışanlar yenidən aksiya keçiriblər. Aksiya iştirakçılarının Meydan TV-yə verdiyi məlumata görə, onlar yerpulunun yüksək olduğunu, devalivasiyadan sonra alver getmədiyi üçün ödəyə bilmədiklərini bildiriblər.
Bazarın sahibi Rasim Salmanov icarədarlara 2 ay olmaqla 10 faizlik endirim edib. Ancaq icarədarlar bununla razılaşmayıb. Onlar maşın bazarında aylıq icarə haqqının hər kvadratmetrə 55 manat olduğunu, bunu isə ödəyə bilmədiklərini, aylarla ziyana işlədiklərini deyiblər.