None

Mənbə: 

Masazır sakinləri işıqlarının tez-tez kəsildiyindən şikayətlidirlər

“Bizə səbəbini demirlər”

Masazır qəsəbəsinin İsmət Qayıbov küçəsinin sakinlərinin şikayəti var.

Onlar hər 2-3 gündən bir işıqlarının saatlarla söndüyünü, buna görə aidiyyatı qurumların onlara heç bir açıqlama vermədiyini söyləyirlər.

Sakinlərdən Natavan Yelmarova Meydan TV-yə bildirib ki, hava soyuqdu, evdə körpə var, üstəlik, işıq yoxdur deyə evi qızdıra bilmirlər:

“Həyət evidir. İşıq sönəndən sonra, kombi sistemi də işləmir, qalırıq soyuqda. Belə vəziyyətdə qazın olmasının da önəmi olmur.

Qonşularla yığışıb qaynar xəttə müraciət etdik. Ordan da düz-əməlli cavab vermədilər. Gah dedilər, araşdırırıq, gah dedilər, bir az sonra zəng edin. Hər halda, 2 gündən bir 6-7 saat işıq kəsilirsə, bunun açıqlamasını verməlidirlər. İnsanlara səbəbini izah etməlidirlər. Biz də işimizi bilməliyik. Ancaq bizə heç bir açıqlama verilməyib”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Abşeron rayon İşıq İdarəsi ilə əlaqə saxlayıb. İdarədən bildiriblər ki, həmin ərazidə olan 10 minlik işıq xəttlərinin əksəriyyəti qəzalı vəziyyətdədir:

“Onları açıb, yeni xəttləri qoşurlar. Enerjinin fasilələrlə verilməsinin səbəbi budur. Bu gün xətti tez qoşdular. Bəlkə də problem artıq həll edilib. Bu gün edilməsə belə, yaxın günlərdə həll ediləcək”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bci0e3

Ən çox baxılan