Masallıda pensiyaçılar yolu bağladı

Əsas şikayət bankomatın azlığından, pulun yoxluğundandır

Source:
aksiya
aksiya
aksiya
aksiya


Əsas şikayət bankomatın azlığından, pulun yoxluğundandır

Masallıda pensiyaçıların “Kapitalbank” bankomatlarından pul çəkə bilməməsi narazılığa səbəb olub. Bu səbəbdən də sakinlər rayonun mərkəzində yerləşən “Kapitalbank”ın qarşısındakı yolu bağlayıblar. Cenubnews.com-un verdiyi xəbərə görə, əsas narazılıq Masallıda cəmi 3 bankomatın olmasındandır. Sakinlər deyirlər ki, günlərlə aparatın qarşısında növbədə dayanmalı olurlar. Digər tərəfdən də, bankomatlarda lazımı məbləğdə vəsait olmur.

“Xəstəsi olan var, dərman almalıdırlar, pul isə yoxdur” – şikayətçilər bildirib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Bir neçə nəfər saxlanılsa da, sonradan sərbəst buraxıldıqları bildirilir.

Polislər Cenubnews.com-un əməkdaşı Mirələm Həşimovun da çəkiliş etməsinə mane olmağa çalışıblar.

Ana səhifəXəbərlərMasallıda pensiyaçılar yolu bağladı