Baş Prokurorluq

Mənbə: Meydan TV

Başlıq: Baş Prokurorluq

Masallıda icra nümayəndəsi həbs edilib

İsrail Tağıyev karantin dövründə arayış verməkdə ittiham olunur

Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbəsi üzrə nümayəndəsi İsrail Tağıyev həbs edilib. Onun işi məhkəməyə göndərilib.

Bu barədə məlumatı Baş Prokurorluq yayıb. Bildirilir ki, İsrail Tağıyev xüsusi karantın rejimi qaydalarına zidd olaraq insanların sərbəst hərəkət etmələri üçün onlara müxtəlif arayışlar verib. Araşdırma zamanı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı, İsrail Tağıyevin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxdığı məlum olub.

Prokurorluq bildirir ki, İsrail Tağıyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddə ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Avqustun 14-də cinayət işi ibtidai istintaqı tamamlayaraq aiddiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9r25vn

Ən çox baxılan