Marşrut xətlərində daha bir yenilik

Bu reyslərdə “Bakukart” ödəmə sistemli yeni avtobuslar işləyəcək

Source:


Bu reyslərdə “Bakukart” ödəmə sistemli yeni avtobuslar işləyəcək

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda iki yeni avtobus marşrutunun işə salındığını bildirib.

Söhbət Baku Bus şirkəti tərəfindən həyata keçirilən 6, 8, 63 nömrəli marşrutlarından gedir.

6 nömrəli marşrut avtobusunun hərəkət cədvəli – “Azadlıq” metrostansiyası–Akademık Həsən Əliyev küçəsi–Tbilisi prospekti–“Lider” televiziyası–“Elmlər Akademiyası” metrostansiyası–“İçərişəhər” metrostansiyası–20-ci sahə olacaq.

8 nömrəli marşrut avtobusu isə “Azadlıq” metrostansiyasından–Səməd Vurğun küçəsi–Heydər Əliyev Sarayı–“28 May” metrostansiyasına qədər hərəkət edəcək.

Hərəkət istiqaməti Şəhidlər Xiyabanı–“Elmlər Akademiyası” metrostansiyası–“Koroğlu” parkı–“Gənclik” metrostansiyası–“N.Nərimanov” metro stansiyası–“Montin” bazarı olan əvvəlki 6 nömrəli marşrut avtobusu 63 nömrəsi ilə əvəzlənib.

Bu reyslərdə “Bakukart” ödəmə sistemli yeni avtobuslar işləyəcək.

Ana səhifəXəbərlərMarşrut xətlərində daha bir yenilik