Baş redaktorun ölkəyı girişi yasaqlanıb
Ermənistan hakimiyyəti Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyanın ölkəyə girişinə qadağa qoyub.
Bu barədə baş redaktor oktyabrın 26-da “Telegram” kanalında məlumat paylaşıb.
“Uzun illərdir ki, Ermənistana dəstək verən Konstantin Zatulinə Ermənistanın indiki rəhbəri tərəfindən giriş qadağan edilib. Yeri gəlmişkən, mənə də”, – Simonyan belə yazıb.
Oktyabrın 25-də Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Ermənistan parlamentindən ölkəyə girişi qadağan edən məktub aldığını bildirmişdi.