Marketlərə heç bir güzəşt olmayacaq (yenilənir)

Fazil Məmmədov deyib ki, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz

Source:


Fazil Məmmədov deyib ki, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz


———————————————————————————–


İqtisadçı Natiq Cəfərli öz Facebook səhifəsində vergilər nazirinin söylədiklərinə reaksiya verib.


İqtisadçı sual edir ki, nazir hardan alıb bu məlumatları? Kim deyir ki, kənd təsərrüfatı məhsullarının 95-98 faizi bazarlarda satılır? Bunlar belə rəqəmləri haradan alırlar? Market sahiblərinin müraciətində söhbət ərzaq məhsullarından gedirdi, tək kənt təsərrüfatı məhsullarından getmirdi axı!: “Bunlar nə yeyirlər, nə içirlər görəsən? Əgər marketləri ƏDV-dən azad etmək istəmirsiniz, elə də açıq deyin, daha bu absurd rəqəmləri söyləmək nəyə lazımdır axı?! Nazirin belə açıqlama verməsi, sankı supermarket şəbəkələrinə qarşı kimi səslənir, xalqda simpatiya doğurmağa hesablanıb ki, görürsünüzmü, iri market şəbəkələinin sahibləri iri məmurlardır, amma hökumət onlara güzəşt etmir, sağ olsun belə hökumət, bravo! Amma, ölkədə ƏDV ödəyicisi vətəndaşlardır, sonda ƏDV camaatın cibindən çıxır…”.


—————————————————————————————–

Vergilər naziri    Fazil Məmmədov  ticarət şəbəkələrinin (supermarket) əlavə dəyər vergisi (ƏDV) üzrə vergi güzəştləri ilə bağlı təkliflərinə münasibət bildirib.

Nazir deyib ki, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz: “Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98 faizi bazarlarda, yerdə qalan hissəsi isə, yəni 1-2 faiz marketlərdə satılır. Ona görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz. Bu, mümkün deyil. Təkrar edirəm, kənd təsərrüfatı məhsullarının 98%-i bazarlarda satılır. Bazarlarda isə nə ƏDV var, nə də sadələşdirilmiş vergi”.

Fazil Məmmədov
Fazil Məmmədov

İri supermarket şəbəkələrinin rəhbərləri İqtisadiyyat Nazirliyinə müraciət edərək, respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürüblər.

İqtisadiyyat Nazirliyindən isə bildirib ki, bu məsələyə Vergilər Nazirliyi ilə birlikdə baxılır.



APA

Ana səhifəXəbərlərMarketlərə heç bir güzəşt olmayacaq (yenilənir)