''Mariya Zaxarovanın bəyanatlarında Bəşər Əsəd qanuni hakimiyyət, müxalifət isə terrorçu elan olunur''

Rauf Mirqədirov

Rauf Mirqədirov

Rauf Mirqədirov

Rauf Mirqədirov

Rauf Mirqədirov: ''Rusiya beynəlxalq standartları nəzərə almaq istəməyən və öz istədiyi standartları xarici qonşulara sırıyan bir dövlətdir''

Rusiya Xarici İşlər Nazirliyi Qərb təşkilatlarının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyinə münasibət bildirib.

XİN-in rəsmisi Mariya Zaxarova Qərbdəki bir sıra siyasi qüvvələrin Azərbaycanda seçkilərə münasibətdə mənfi rəyi hələ seçkilərə qədər də müşahidə olunurdu:

“Biz, seçkilərlə bağlı belə münasibəti, qərəzli və öncədən hazırlanmış yanaşmanı Qərbdəki qeyri-hökumət təşkilatlarının simasında təkcə Azərbaycana deyil, bir sıra ölkələrə münasibətdə də görürük".

Siyasi icmalçı Rauf Mirqədirov hesab edir ki, hər hansı ölkədə keçirilən seçkilərə Rusiya və Qərbin münasibəti əksər hallarda diametral əks mövqedən olur:

“Bu yanaşmanı Gürcüstanın, Ukraynanın, Türkmənistanın, hətta Suriyanın timsalında görmək olar. Mariya Zaxarovanın bütün bəyanatlarında Bəşər Əsəd qanuni hakimiyyət, müxalifət isə terrorçu, yaxud qanunsuz hərbi birləşmələr elan olunur. Ümumiyyətlə, Moskva son dövrlərdə demokratik dəyərlərin görüntü üçün də əhəmiyyət kəsb etməsini istəmir”.

R.Mirqədirov Meydan TV-yə deyib ki, Rusiya beynəlxalq standartları nəzərə almaq istəməyən və öz istədiyi standartları xarici qonşulara sırıyan bir dövlətdir.

ATƏT, ATƏT PA və AŞPA-dan olan beynəlxalq müşahidəçilər Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkilərini mənfi qiymətləndirib.

Bu barədə missiya aprelin 12-də keçirdiyi mətbuat konfransında məlumat yayıb.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun rəyinə əsasən İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/d6a53x

Ən çox baxılan