”Azərbaycan hökumətinə müraciət edilməlidir”
“Azərbaycanda prezident seçkiləri bu suveren ölkənin daxili işidir”.
Bu sözləri fevralın 8-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalistin sualını cavablandırarkən
deyib
.
Diplomat vurğulayıb ki, seçkilərin motivasiyası, formatı və səbəbləri ilə bağlı Azərbaycan hökumətinə müraciət edilməlidir:
“Azərbaycan hökuməti də bunu artıq şərh edib”.
Ötən gün ABŞ dövlət katibi müavininin müşaviri Bricet Brink də seçki ilə bağlı suala diplomatik cavab
vermişdi
:
“Diplomatiyada öyrəndiyimiz təməl qaydalardan biri budur ki, hələ baş verməmiş bir şey barədə öncədən proqnoz verməyək. Ona görə indidən nəsə deyə bilmərəm. Amma hökumət olaraq biz azad və ədalətli seçkilərin tərəfdarı olmuşuq. Bu istəyimiz Azərbaycan konstitusiyasına və Bakının üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğundur”.