Mariupolda nasist işğalını yaşamış Vanda Obyedkova ölüb

O, həyatının son həftələrini zirzəmidə gizlənib

Foto: chabad.org

“Novaya qazeta. Avropa”nın xəbəri

Mariupolda İkinci Dünya Müharibəsi dönəmində nasist işğalını yaşamış 91 yaşlı Vanda Obyedkova ölüb. Bu barədə “Twitter”də Auşvis-Birkenau muzeyi xəbər verib.

“Vanda Semyonovna Obyedkova 10 yaşında Mariupolda zirzəmidə gizlənərək, almanlardan xilas olub. 81 il sonra elə həmin şəhərin zirzəmisində ruslardan gizlənərək, dəhşətli müharibənin qurbanı kimi ölüb”, – muzeyin postunda yazılıb. Auşvis-Birkenau muzeyi Obyedkovanın həyat tarixçəsini dərc edən “chabad.org” saytına istinad edir. Qızı Larisanın dediyinə görə, bütün ailə martın əvvəlindən istilik təchizatı mağazasının zirzəmisində gizlənib. Həyatının son iki həftəsində Obyedkova o qədər xəstə və əldən düşmüş halda olub ki, hətta ayağa qalxa bilməyib. O, aprelin 4-ü ölüb. Larisa deyir ki, anasını “Azov dənizindən hardasa bir kilometr məsafədə” ictimai parkda basdırıblar.    

Vanda Obyedkova 1930-cu il dekabrın 8-i Mariupolda anadan olub. 1941-ci ilin oktyabrında şəhərdə nasistlər yəhudilərə basqın etməyə başlayıblar, qızın, demək olar ki, bütün ailəsini güllələyiblər. Atası Vandanı xəstəxanada gizlədə bilib və qız Mariupol 1943-cü ildə azad olunanadək orada qalıb.  

Ana səhifəXəbərlərMariupolda nasist işğalını yaşamış Vanda Obyedkova ölüb