Manatın məzənnəsinin qorunmasının günü 38.5 milyon dollardır

“Hazırki templə manatın məzənnəsini sadəcə 11 ay qorumaq mümkündür”

Source:


“Hazırki templə manatın məzənnəsini sadəcə 11 ay qorumaq mümkündür”

“Manatın məzənnəsinin qorunması xərcləri artır. Ötən hər gün Mərkəzi Banka orta hesabla 38.5 milyon dollara başa gəlir”, – iqtisadçı ekspert Rəşad Həsənov belə deyir.

Onun sözlərinə görə, bunun da nəticəsində, Mərkəzi Bankın ehtiyatları son iki ayda 2.3 milyard dollar azalaraq 12.7 milyard dollar olub. Ekspert hesab edir ki, hazırki templə manatın məzənnəsini sadəcə 11 ay qorumaq mümkündür:


“2015-ci il üçün “Bahalı neft” ümidi əslində ən böyük səhvdir”

“Sonra isə valyuta ehtiyatı olmayan Mərkəzi Bankın əsas tənzimləyici aləti əlindən çıxır və manetar immunitet sıfıra bərabər olur. Təbii ki, bu hal ən təhlükəli ssenaridir. Digər tərəfdən isə 2015-ci il üçün “Bahalı neft” ümidi əslində ən böyük səhvdir. Beləliklə bir gün gec bir gün tez manat devalvasiyaya məruz qalacaq”.


“Yumşaq devalvasiya addımları atılmalıdır”

R. Həsənov düşünür ki, indiki halda məzənnə siyasətinin yumşaldılması ilk anlarda intervensiya xərclərini artıracaq lakin başqa variant yoxdur. Bir gün belə gecikdirmədən yumşaq devalvasiya addımları atılmalıdır:

“Çünki, hələlikdə ehtiyyatlar hesabına Mərkəzi Bankın manevr imkanları var və Bank bir növü maliyyə bazarlarını aldada-aldada il ərzində təxminən manatın dəyərini 10 faiz ucuzlaşdıraraq ölkə iqtisadiyatını və manatın etibarını sonrakı katastrofdan müdafiə etmiş olacaq. Hər iki halda ciddi problemlər var. İndiki halda mərhələli devalivasiya pisin-yaxşısı kimi də səciyyələndirilə bilər…”.

Ana səhifəXəbərlərManatın məzənnəsinin qorunmasının günü 38.5 milyon dollardır