Manatın gələcəyi necə olacaq?

İqtisadçı: ”Mərkəzi Bankın gerçək müstəqillik verilməlidir”

Source:


İqtisadçı: ”Mərkəzi Bankın gerçək müstəqillik verilməlidir”

“1 dollar 7 lirəni keçib. Lirə təlaş içindədir. Belə bir durumda manatı nə gözləyir?”

İqtisadçı Qubad İbadoğlu belə deyir. Bildirir ki, Türkiyə iqtisadiyyatı sürətlə böhrana sürüklənir:

“Siyasi müdaxilələrlə qərarların monopoliyaya alındığı, Mərkəz Bankın gerçək müstəqilliyinin təmin olunmadığı, xarici faktorlardan asılılığın artdığı, siyasi elitanın korporativ və korrupsiya maraqları ilə bazar iqtisadiyyatına keçidi əngəllədiyi, mövcud iqtidara iş adamlarının etimadının itirildiyi istənilən ölkə iqtisadiyyatında milli valyuta böhranı baş verə bilər. Türkiyə ilə Azərbaycanı bu mənada fərqləndirən cəhətlər azdır. Sadəcə Türkiyədə orta təbəqə, bazar iqtisadiyyatı institutları Azərbaycandan güclü, tədiyyə balansının durumu və beynəlxalq valyuta ehtiyatları isə zəifdir. Digər sadaladığım faktorlar arasında isə demək olar ki, fərq yoxdur. Hər iki ölkədə xarici şoklardan asılılıq güclü olsa da, onlar sadəcə formaca fəqrlənir. Belə ki, dünya bazarında neftin qiymətinin 70 dollar ətrafında sabitləşməsi Azərbaycanın durumunu müvəqqəti olsa da, yaxşılaşdırıb və müqavimət gücünü artırıb”.

Q. İbadoğlu lirənin dəyərsizləşməsinin böhrana gətirib çıxara biləcəyini meşə yanğınındakı güclü küləyə bənzədir:

“Bu prosesi güclü küləklə müşayiət olunan meşə yanğınlarına bənzətmək olar. Bu zaman həm ağaclar sıradan çıxır, həm də yanğına qarşı istifadə olunan resurslar səmərəsizcəsinə tükənir. Türkiyədə lirə böhranı, ilk növbədə, bankları və yerli istehsal şirkətlərini sıradan çıxaracaq və onların müflisləşməsini şərtləndirəcək. Təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməzsə, sonrakı mərhələdə böhran iqtisadiyyatın digər sektorlarına – xidmət, ticarət və inşaat bölməsinə də siyarət edəcək”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad İbadoğlu hesab edir ki, belə tədbirləri iqtisadi və siyasi müstəvidə fərqləndrmək lazımdır:

“İqtisadi tədbirləri isə 3 qrupda təsnifləşdirmək olar.

İlk növbədə 20 faizə çatan inflyasiyanı durdurmaq hədəflənməli və bunun üçün monetar və qeyri- monetar amillərdən çevik istifadə edilməli, istehlakçıların gözləntiləri idarə olunmalıdır.


2.

İnvestorların etimadını və inamını təmin edən siyası bəyanatalar deyil, iqtisadi mexanizmlər işə salınmalıdır.


3.

Mərkəzi Bankın gerçək müstəqillik verilməlidir. Mərkəzi Bank ehtiyat normaları, uçot dərəcələri və açıq bazar əməliyyatları ilə çevik tənzimləmə vasitələrindən istifadə etməlidir.

Siyası tədbirlərə gəlincə, ABŞ və Avropa ilə diplomatik gərginlik və ticarət müharibəsi aradan qaldırılmalıdır. Həmçinin Türkiyə beynəlxalq maliyyə kredit təşkilatları ilə danışıqlara başlamalıdır”.

2015-ci ildə Azərbaycanda iki devalvasiya hadisəsi baş verib, manat dollar qarşısında gücsüzləşib. Artıq bir neçə gündür ki, Azərbaycan banklarında dollar satışıına limit qoyulduğu bildirilir. Yerli iqtisadçılar bunu Türkiyə və İranda baş verən proseslərin manara psixoloji təsiri ilə əsaslandırırlar.

Ana səhifəXəbərlərManatın gələcəyi necə olacaq?