Azərbaycan Mərkəzi Bankı manatın iyunun 2-ə olan rəsmi məzənnəsini açıqlayıb.
Bankın məlumatına görə, iyunun 2-də bir dollar 1,4934 manat olacaq.
İyunun 1-də bir dollar 1,4918 manata bərabər olmuşdu.
Son iki gündə manat cüzi də olsa dollar qarşısında dəyər itirir. Halbuki, son aylar manat möhkəmlənməkdə idi. Azərbaycanda ötən il dekabrın 21-də baş verən son devalvasiyada bir dollar 1 manat 55 qəpik olmuşdu.