Neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub
2019-cu ilin dövlət büdcə zərfində qeyd olunan gələn il və sonrakı 3 il üzrə makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2019-cu ildə ölkədə ÜDM-in real artımı 3,6% olmaqla, 81,9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,9% olmaqla 50,5 mlrd. manat təşkil edəcək.
2019-cu ildə əsas kapitala yönəldiləcək investisiyaların ümumi həcminin real ifadədə 2,2% artaraq 17,9 mlrd. maat proqnozlaşdırılır ki, bunun da 58,2%-i daxili investisiyaların, 41,8%-i xarici invesitisiyaların payına düşür. 2019-cu ildə qeyri-dövlət investisiyalarının həcmi 8,9 mlrd. manat olmaqla, ümumi invesitisiyaların 50%-ni təşkil edəcək.
Növbəti 3 ildə yerli valyutanın ABŞ dolları ilə dəyərinin 1,70 manat səviyyəsində qalacağı və istehlak qiymətləri indeksinin cari ildə təkrəqəmli səviyyəyə enməsi trendinin davam edəcəyi gözlənilir.
Nəticə etibarilə əhalinin gəlir səviyyəsinin 2019-cu ildə 59,2 mlrd. manata qədər artacağı və orta aylıq əməkhaqının ötən illə müqyaisədə real ifadədə 10,7% artaraq 641,7 manat olacağı proqnozlaşdırılır.
Azərbaycanın 2019-cu il dövlət büdcəsində beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barelinin 60-70 dollar ətrafında proqnozlaşdırılması və digər qlobal amilləri nəzərə almaqla 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.
2019-cu il dövlət büdcəsinin gəlirlərinin 59,8%-i və ya 13 700,3 mln. manatı neft sektorunun 40,2%-i və ya 9217,2 mln. manatı qeyri-neft sektorunun payına düşür. 2018-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 2,7% çox, qeyri-neft sektorunun gəlirləri isə 4,7% çoxdur.
2018-ci il dürüstləşmiş dövlət büdcəsinin gəlirləri 22 149,0 mln. manata, xərclər 23 100,0 mln. manat təşkil edir.