”Manata inamın bərpa olunması bazardan və neftin qiymətindən asılıdır”

”Manatın devalvasiyası əhalinin alıcılıq qabiliyyətini aşağı salıb”

Source:


”Manatın devalvasiyası əhalinin alıcılıq qabiliyyətini aşağı salıb”

Azərbaycanın bank sektoru üçün proqnozlar neqativ olaraq qalır.

“APA-Economics” xəbər verir ki, bu barədə Bakıda keçirilən “Moody’s” beynəlxalq reytinq agentliyinin kredit risklərinə dair illik konfransında agentliyin MDB ölkələri üzrə vitse-prezidenti Mariya Malyukova deyib.

Onun sözlərinə görə, yaxın perspektivdə yenidən devalvasiya baş verməzsə, bank sektorunda müəyyən qədər sabitləşmə gözləmək olar: “2016-cı ildə Azərbaycanın ÜDM artımının 3,3 azalması azalması gözlənilir. Manatın devalvasiyası bank sektoruna mənfi təsir edib: inflyasiyanı artırıb, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Büdcədə nəzərdə tutulan xərclərin, o cümlədən kapital qoyuluşlarının azalması bank sektoruna təsir edir. Biz kreditləşmədə mənfi tendensiyanı müşahidə edirik. Ölkənin makroiqtisadi vəziyyəti bank sektoruna mənfi təsir edir. Bu ilin I rübündə Azərbaycanın bank sektorunun kredit portfeli 9 faiz azalıb”.

Mariya Malyukova
Mariya Malyukova

“Moody’s” nümayəndəsi Azərbaycanda dollarlaşma səviyyəsinə də toxunub: “Azərbaycanda 2016-cı ildə 4,5-5 faiz kredit itkiləri proqnozlaşdırılır. Baş verən devalvasiyaya qədər xarici valyutada əmanətlərin həcmi 50% təşkil edirdi. Devalvasiyadan sonra xarici valyutada əmanətlərin həcmi 82 faiz təşkil edib ki, bu da MDB-də ən yüksək göstəricidir. Dollarlaşmanın yüksək olması, aktivlər və passivlər arasında fərqi genişləndirir, valyuta risklərini artırır”.

“Moody’s” beynəlxalq reytinq agentliyinin bank qrupunun icraçı direktoru Yaroslav Sovqra isə bildirib ki, dövlət bank sektoruna, xüsusilə də depozit portfelinin həcmi böyük olan banklara birbaşa dəstək göstərəcək.

Ancaq o, manata inamın bərpa olunmasının bazardan, o cümlədən neftin qiymətindən asılı olduğunu deyib.

Sovqranın sözlərinə görə, Azərbaycanda 2015-ci ildə baş verən ikinci devalvasiyadan sonra manata olan inam daha da itib: “Biz deyə bilərik ki, bir neçə həftəyə manata olan inam bərpa olacaq. Lakin bazarda baş verən proseslər bizim proqnozları doğrultmaya bilər. Çünki, manatın taleyi birbaşa bazarda baş verən proseslərdən asılıdır. Neftin qiymətini proqnozlaşdırmaq çətindir. Bizim 6 ay, 1 il əvvəl neftin qiyməti ilə bağlı verdiyimiz proqnozlar özünü doğrultmadı. Bilirsiniz ki, bir neçə ay əvvəl biz neftin qiymətinin 33 dollar olacağını proqnozlaşdırmışdıq. Amma indi qiymət bir qədər yüksəkdir. Bununla belə, neftin qiyməti ilə bağlı proqnoz vermək çətin olsa da, məlum olan odur ki, yaxın 12-18 ay ərzində neftin qiyməti 2-3 il əvvəlki kimi yüksək olmayacaq”.

Ana səhifəXəbərlər”Manata inamın bərpa olunması bazardan və neftin qiymətindən asılıdır”