“Manata etibar azalır”

Qubad İbadoğlunun fikrincə, Mərkəzi Bank bəyanat verməlidir

Source:


Qubad İbadoğlunun fikrincə, Mərkəzi Bank bəyanat verməlidir

“Dollara tələbat artır. Mərkəzi Bank bəyanatla çıxış etməlidir”. Bu sözləri iqtisadçı Qubad İbadoğlu deyir. Onun fikrincə, prezident İlham Əliyevin “Manat həddindən artıq bahalaşmamalıdır” fikri son 10 ildə davamlı bahalaşdığına görə etibarlı valyutaya çevrilən manatın məzənnəsinə pisxoloji təsir göstərəcək. Nəticədə Mərkəzi Bankın valyuta bazarına manat alışı üzrə müdaxiləsini artıraraq valyuta ehtiyatlarının azalmasını şətləndirəcək: “Bu açıqlama valyuta dəyişmə məntəqələrindən dolların alışının kəskin artımına gətirib çıxara bilər. Müşahidələr göstərir ki, artıq bu proses başlayıb, son günlər manatla yığımı və vəsaiti olanlar onu dollara dəyişmək qərarını veriblər. Odur ki, son 2 gündə bəzi valyuta dəyişmə məntəqələrinə dolların satış qitlığı yaranıb. Düzdür, Mərkəzi Bank yenə də əvvəlki məzənnə siyasətini davam etdirir. Amma hesab edirəm ki, bu kifayət etməyəcək, nə qədər ki, ajiotaj yaranmayıb, Mərkəzi Bank bəyanatla çıxış etməlidir. Çünki hazırda dollar qitlığı yaradan digər amil onun Azərbaycandan Rusiyaya göndərilməsidir ki, bu da valyuta bazarında əlavə gərginliyin artmasına səbəb olur. Digər tərəfdən, əmlak bazarında alış və satışların dollara transformasiya olunması prosesinin başlaması da bu təhlükəni artıra bilər”.

Dövlət başçısının “manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək” fikrlərinə münasibət bildirən iqtisadçı deyir ki, Azərbaycan manatı 1 avro 1 manat nisbətində dövriyyə buraxılsa da, hazırda onun məsənnəsi dollara nisbətdə tənzimlənir: “Mərkəzi Bank manatın yaxın gələcəkdə məzənnəsini inzibati yolla saxlamağa qadirdir. Odur ki, bildirmək istərdim ki, manatla əmanətləri və yığımları olan vətəndaşlarımız bundan çox narahatlıq keçirməsinlər. Manatın orta və uzunmüddətli dövrdə taleyi isə dünya bazarında neftin qiymət səviyyəsindən və Rusiyadakı sosial-iqtisadi durumdan asılı olacaq”.

Ana səhifəXəbərlər“Manata etibar azalır”