Bu gün iyunun 5-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi artıb.
”
APA
-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 8-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0005 manat və ya 0,05 faiz bahalaşaraq 1,0487 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0106 manat və ya 0,9 faiz ucuzlaşaraq 1,1645 manat olub.