Manat dollara qarşı zəifləyib, avroya qarşı möhkəmlənib

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0003 manat və ya 1,44 faiz azalaraq 0,0205 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0003 manat və ya 1,44 faiz azalaraq 0,0205 manat səviyyəsində qərarlaşıb

Bu gün yanvarın 11-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 12-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 11-i ilə müqayisədə 0,0043 manat və ya 0,27 faiz artaraq 1,5685 manat olub.

Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla yanvarın 11-də manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 12 yanvar 2016-cı il tarixi üçün 1,5685 manat səviyyəsində müəyyənləşdirilib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,02 faiz və ya 0,0003 manat azalaraq 1,7069 manata düşüb.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0003 manat və ya 1,44 faiz azalaraq 0,0205 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərManat dollara qarşı zəifləyib, avroya qarşı möhkəmlənib