Manat dollar və avroya qarşı zəifləməkdə davam edir

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,48 faiz artaraq 0,0209 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,48 faiz artaraq 0,0209 manat səviyyəsində qərarlaşıb

Bu gün yanvarın 7-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 8-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 7-si ilə müqayisədə 0,10 faiz və ya 0,0016 manat artaraq 1,5642 manat olub.

Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla yanvarın 7-də manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 8 yanvar 2016-cı il tarixi üçün 1,5642 müəyyənləşdirilib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,57% və ya 0,0096 manat artaraq 1,7009 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,48 faiz artaraq 0,0209 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərManat dollar və avroya qarşı zəifləməkdə davam edir