Növbəti valyuta hərracı keçirilib
Fevralın 2-si Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-nin məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1.9111 səviyyəsində formalaşıb.
Yanvarın 31-i, bundan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.92 manat olmuşdu.
2017-ci il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Proses dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunur.
Bu həftədən valyuta hərracı 3 dəfədən 2 dəfəyə salınıb. Ötən il oktyabrın 19-dan bəri manat birinci dəfədir ki, dollar qarşısında dəyər qazanır.