Manat avroya qarşı möhkəmlənib

Dollar isə 0,03 faiz bahalaşıb

Source:


Dollar isə 0,03 faiz bahalaşıb

Bu gün dekabrın 10-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 11-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 10-u ilə müqayisədə 0,0003 manat və ya 0,03 faiz artaraq 1,0495 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası dünənki kəskin artımdan sonra bu gün 0,0069 manat və ya 0,6 faiz ucuzlaşaraq 1,1478 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,66 faiz artaraq 0,0152 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərManat avroya qarşı möhkəmlənib