Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,98 faiz artaraq 0,0206 manat səviyyəsində qərarlaşıb
Bu gün yanvarın 14-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi sabit qalıb.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 15-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dəyişməyərək 1,5706 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,05 faiz və ya 0,0009 manat azalaraq 1,7097 manata enib.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,98 faiz artaraq 0,0206 manat səviyyəsində qərarlaşıb.