Maltanın Baş naziri Əliyevlərlə münasibətindən danışıb

“Milyon dolları gizlətmək mümkün deyil”

Source:
Muskat və Əliyev
Muskat və Əliyev
Muskat və Əliyev
Muskat və Əliyev


“Milyon dolları gizlətmək mümkün deyil”

“Bir milyon dolları gizlətmək asan deyil”. BBC-nin “Panorama” proqramında Maltanın Baş naziri Cosef Muskat Azərbaycanın hakim ailəsi ilə əlaqələrinə dair suala cavabında belə deyib.

Verilişdə Maltada qətlə yetirilmiş jurnalist Dafnə Karuana Qalizianın işi ilə bağlı araşdırma aparılıb.

Malta hökumətində korrupsiya iddialarını araşdıran jurnalistin avtomobili ötən ilin oktyabrında

partladılıb

.

Ötən ilin iyun ayında Karuana Qalizia Muskatın adının korrupsiyada hallanmasını səbəb göstərərək erkən seçki çağırışı edib. Onun sözlərinə görə, kiçik Maltada yerləşən bank sənədləri göstərir ki, Muskatın həyat yoldaşının Panamada şirkəti var və həmin şirkətlə Azərbaycanda müəyyən bank hesabları arasında böyük məbləğdə pul köçürmə əməliyyatları həyata keçirilib. Həmçinin xanım Muskat Maltada gizli bank hesabı açıb və bu hesaba Azərbaycan prezidentin qızına məxsus olduğu deyilən 1 milyon avro daxil olub. Tərəflər iddiaları rədd edir.

“Panorama” proqramının aparıcısı John Sweeney-ə müsahibəsində Maltanın baş naziri prezident Əliyevlə münasibətləri barədə danışaraq pul köçürmələri barədə iddiaları rədd edib.

Jurnalist Baş nazirdən Azərbaycanın birinci ailəsi ilə münasibətləri barədə soruşub. Muskat deyir ki, Azərbaycan prezident İlham Əliyevlə iki dəfə Bakıda, bir neçə dəfə də Avropa Birliyinin Şərq Tərəfdaşlığı sammitləri çərçivəsində görüşüb. Birinci xanım Mehriban Əliyeva bir dəfə Maltaya səfər edərək onu xanımıyla görüşüb.

“Vəssalam. Münasibət bundan ibarətdir, başqa heç nədən”, – o söyləyib.

Amma jurnalist “Dafnə isə deyir ki, ortada çox şey var, bir neçə milyon dollar”, – deyə sualına davam edir.

Nazir bu suala gülərək cavab verib, deyib ki, onun fikrincə, milyon dolları gizlətmək mümkün

deyil

: “Heç yüz dolları da. Nə bankda, nə başqa bir yerdə, bu, mümkün deyil”.

Ana səhifəXəbərlərMaltanın Baş naziri Əliyevlərlə münasibətindən danışıb