Dafne Qalizia və Yorgen Fenech

Mənbə: Foto: Meydan tv

Başlıq: Dafne Qalizia və Yorgen Fenech

Maltalı iş adamı jurnalist Dafne Qalizianın ölümü ilə bağlı həbs edilib

Hadisədən bir gün öncə Baş nazir iddiada vasitəçi olduğu qeyd edilən şəxsi əfv edəcəyini deyib

Maltalı iş adamı iki il əvvəl öldürülmüş jurnalist Dafne Qalizianın (Daphne Galizia) işi ilə bağlı başladılmış istintaq çərçivəsində həbs olunub, - BBC xəbər verir.

Yorgen Fenech adlı həmin şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onun yaxtasında axtarış tədbirləri həyata keçirilib.

Hadisədən bir gün öncə Baş nazir Cosef Muskat (Joseph Muscat) iddiada vasitəçi olduğu qeyd edilən şəxsi əfv edəcəyini deyib.

Anti-korrupsiyaya araşdırmaları ilə məşhur journalist Dafne Qalizia 2017-ci ilin oktyabrında evinin yaxınlığında öldürülüb.

Maltanın cinayət işinə baxma tərzi beynəlxalq tənqidlərə səbəb olub.

Muskat yerli mediaya müraciət edərkən Fenechi “maraq kəsb edən insan” olaraq xarakterizə edib. Daha sonra hökumətdən BBC-yə bildirilib ki, Fenech davam edən istintaqla əlaqədar həbs olunub.

“Times of Malta”-nın verdiyi məlumata görə, Fenechin lüks yaxtası çərşənbə günü Vallettanın şimalındakı Portomaso limanından çıxarkən silahlı patrul tərəfindən mühasirəyə alınıb.

Çərşənbə axşamı Muskat deyib ki, vasitəçi olmaqda şübhəli bilinən pulyuyan şəxs əvvəlcə məhkəmədə sübut təqdim etməlidir. Daha sonra əfv verilə bilər.

“Mən Baş prokurora şəxsin vəkilləri ilə danışıq aparması üçün səlahiyyət vermişəm”, Baş nazir Muskat deyib.

“Əgər şəxs əməkdaşlıq edərsə və verilən məlumatlar bu cinayəti törədəni mühakimə etmək üçün kifayətdirsə, prezidentdən əfv alacaqlar”.

Fenech “Tumas Group”-a rəhbərlik edir və enerji istehsal edən “Electrogas” şirkətinin direktorudur.

Onu həmçinin Malta Maliyyə Kəşfiyyatı Təhlili Birliyi (FIAU) Dubayda qeydiyyata alınmış “17 Black” adlı şirkətin sahibi olaraq təqdim edir.

İyun ayında Avropa Şurası Maltada böyük qalmaqalların araşdırılmasının qarşısını alan “fundamental zəiflikləri” açıqladığı qətnamədə “17 Black” şirkətinin adını çəkib.

Hesabatda qeyd edilir ki, “17 Black” Maltanın yüksək vəzifəli məmurlarına məxsus gizli Panama şirkətlərinə böyük bir aylıq ödəmə edəcək. Həmçinin qeyd edilir ki, şirkət bir azərbaycanlıdan külli miqdarda pul alıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8d4k3p

Ən çox baxılan