Maliyyə və mədəniyyət nazirlikləri görülən işin pulunu ödəmədiklərinə görə məhkəməyə veriliblər

MMC nazirliklərdən göstərilmiş xidmətlərin əvəzi olaraq 16 min 760 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 200 manat pulun tutulması barədə tələb irəli sürüb

Source: google.az


Nazirliklər ''National Geographic'' nümayəndələrinin Azərbaycanda qəbul edilməsi xərclərini ödəməyiblər

“Azerbaijan Guide Travel” MMC Azərbaycanın maliyyə və mədəniyyət nazirliklərini məhkəməyə verib.


“Report”

saytının məlumatına görə, müraciət 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə edilib.

MMC nazirliklərdən göstərilmiş xidmətlərin əvəzi olaraq 16 min 760 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 200 manat pulun tutulması barədə tələb irəli sürüb.

Məsələ “National Geographic” jurnalının nümayəndələrinin Azərbaycanda qəbulu ilə bağlı göstərilən xidmətlərdədir. Belə ki, bu xidmətlər üçün elan olunan tenderin nəticələrinə uyğun olaraq “Azerbaijan Guide Travel” MMC 17 min 32 manat məbləği təklif edib və tenderin qalibi olub.

Müqaviləyə uyğun olaraq 2018-ci ilin 04-09 may tarixlərində Rusiyanın “National Geographic” jurnalının nümayəndələrinin Azərbaycana qəbulu ilə bağlı xidmətlərin təşkilini öhdəsinə götürüb və xidmət müqaviləsində göstərilən məbləğdən daha ucuz, 16 min 760 manat məbləğində götürülüb. Bununla bağlı çəkilən xərclər barədə elektron hesab faktura göndərilib. Çəkilən xərclər həm Mədəniyyət Nazirliyi, həm də “Azerbaijan Guide Travel” MMC tərəfindən 10.07.2018-ci il tarixdə təsdiqlənib.

MMC bildirib ki, Mədəniyyət Nazirliyinə elektron hesab faktura göndərilməsinə baxmayaraq, hələlik pul ödənilməyib. Ödənişin edilməsi üşün Mədəniyyət Nazirliyi tərəfindən bildirilib ki, elektron hesab faktura Maliyyə Nazirliyinə göndərilib, lakin pulun MMC-nin bank hesabına köçürülməsi qeyri-müəyyən səbəblərə görə Xəzinədarlıq İdarəsi tərəfindən icra edilmir.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə MMC-nin iddiası təmin edilib. Qərara əsasən, Mədəniyyət Nazirliyindən “Azerbaijan Guide Travel” MMC-nin xeyrinə, ümumilikdə, 16 960 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub.

Ana səhifəXəbərlərMaliyyə və mədəniyyət nazirlikləri görülən işin pulunu ödəmədiklərinə görə məhkəməyə veriliblər