Maliyyə Sabitliyi Şurası yaradılıb

Natiq Cəfərli: Əgər hökumət QHT sektorunu tamamilə məhv etmək yolunu seçməsəydi, bu illər ərzində sivil toplumda kifayət qədər problemləri həll edəcək araşdırmalar və təhlillər ortaya qoymuşdular.

Source:
İlham Əliyev
İlham Əliyev



Natiq Cəfərli: Əgər hökumət QHT sektorunu tamamilə məhv etmək yolunu seçməsəydi, bu illər ərzində sivil toplumda kifayət qədər problemləri həll edəcək araşdırmalar və təhlillər ortaya qoymuşdular.

Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında fərman imzalayıb.

Fərmana əsasən ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası yaradılıb.

Şuranın sədri Azərbaycan Respublikasının baş naziri Artur Rasi-zadə təyin olunub.

Fərmanda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi işinə Şura tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yaradıla bilər.

Şuraya aşağıdakı vəzifələr tapşırılır:

– Bir ay müddətində ölkədə maliyyə-kredit sektorunun mövcud vəziyyətinin təhlili, qanunvericilik bazasının ekspertizasının həyata keçirilməsi, maliyyə sabitliyinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlar əsas götürülməklə gələcəkdə yarana biləcək təhdidlərin qarşısının alınması, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa, orta perspektivdə atılacaq addımlara və icra mexanizmlərinə dair təkliflər hazırlayıb prezidentə təqdim edilməsi;

– Makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirməklə bu barədə prezidentə hər rübdən sonrakı ayın 30-dək məlumat verilməsi.

Natiq Cəfərli


Sərəncamı Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli

hesab edir ki, Maliyyə Sabitliyi Şurası növbəti anlaşılmaz qurumdur və bu qurumun fəaliyyətini həyata keçirən orqanlar var. Şuraya daxil edilən nazirliklərin rəhbərləri sərəncamda göstərilən tapşırıqları yerinə yetirə bilsə, üstqurumlarının yaranmasına ehtiyac qalmaz: “Bir daha deyirəm, belə qurumları normal saymıram, çünki həmin funksiyaları yerinə yetirəcək nazirliklərin rəhbərləri yenidən hər hansı üstqurumda birləşdirirlər. Əgər hökumət QHT sektorunu tamamilə məhv etmək yolunu seçməsəydi, bu illər ərzində sivil toplumda kifayət qədər problemləri həll edəcək araşdırmalar və təhlillər ortaya qoymuşdular. Təəssüf ki, hökumət QHT sektorunun əvvəllər də bu istiqamətdə gündəmə gətirdiyi təklifləri dinləmək istəməyib. Halbuki, o zaman ölkənin qazancı neft qiymətləri hesabına ildən-ilə artırdı”.

Ana səhifəXəbərlərMaliyyə Sabitliyi Şurası yaradılıb