”Maliyyə problemini aşa bilmirik”

“Stop tamaşası Ado teatrının ilk tamaşasıdır. Ümumiyyətlə, Ado və oda teatrlarının tamaşaçılarının münasıbəti bizə qarşı həmişə yaxşı olub. Mən heç vaxt görməmişəm ki, kimsə etiraz etsin, yaxud da  “bu nədi?” deyib  teatrı tərk etsin. Etiraz edənlərin hamısı bizi sosial şəbəkələrdən izləyib, amma tamaşalarımıza baxmayan insanlardır”. Bu sözləri Oda və Adonteatrının bədii rəhbəri Elmin Bədəlob deyir. Onun sözlərinə görə, “18+” qadağa deyil, sadəcə xəbərdarlıqdır: “Bundan əlavə, bizdə cəmi iki tamaşa bu tərzdədirsə, o demək deyil ki, Oda teatrı dedikdə ağıla erotika gəlməlidir “.

Teatrın aktyorları da tamaşaçılardan razı olduqlarını deyirlər. Aktyor Anar Əliyev deyir ki, gəlib baxırlar, razı qalirlar: “Bizim də məqsədimiz insanları maarifləndirmək, günümüzdə yaşananları əks etdirmək, ümumiyyətlə, insanlıq dərsidir”. Gənc aktyor problemlərdən ən vacibi  kimi teatr binasının əlverişli olmamasını vurgulayır.

Aktrisa Rubiyyə Ağayeva da teatrın çətinliklərindən danışır: Hər dəfə gözləyirəm  ki, kimsə durub gedəcək, ya kimsə nəsə deyəcək, amma həmişə münasibət fərqli olur. Bu teatr digərlərindən fərqlənir. Burda sərbəstlik və inkişaf var, buna baxmayaraq cətinliklərimiz də çoxdur. Biz hər şeyi özümüz edirik- qrimi edirik, kostyumları tikirik, yuyuruq, ütüləyirik. Tamaşadan əvvəl də, sonra da özümüz yığışdırıb-təmizləyirik. Bütün bunlar əlavə stress yaradır”.

Bu teatrı həyat tərzi kimi qəbul edən Aynur Zərrintac da maliyyə çətinliklərini vurğulayır: “Bizim birinci çətinliyimiz məkandır, ikinci də rekvizitləri əldə etməkda maddi cəhətdən çətinlik çəkirik. Buna baxmayaraq, hec kimə ağız açmırıq və öhdəsindən gəlməyə çalışırıq”.

Tamaşaçılar da öz fikirlərini bildiriblər. Onların sözlərinə görə, bu  gənc teatr Azərbaycana yenilik gətirib. Onlar heç bir  dövlət teatrında belə tamaşa görmədiklərini vurğulayırlar.

Ana səhifəVideo”Maliyyə problemini aşa bilmirik”