Oğlunun ölümünə dözməyən atanın intihar etdiyi deyilir
“Azər-Türk Bank” ASC-nin Audit Komitəsinin sədri və Maliyyə Nazirliyinin büdcə şöbəsinin sektor müdiri Fuad Gəncəliyev vəfat edib.
O, 43 yaşında xərçəng xəstəliyindən ölüb.
Bu barədə bank məlumat yayıb. Məlumatda bildirilir ki, onunla eyni gündə atası Cənaləddin Gəncəliyev də dünyadan köçüb.
“Report” 76 yaşlı Cəmaləddin Gəncəliyevin oğlunun ölümünə dözməyərək intihar etdiyini yazıb.