Maliyyə Nazirliyi Salyan rayonunda miqyaslı yoxlamaya başlayıb

İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun rəhbərliyi dövründə idarələrin, büdcə təşkilatlarının fəaliyyəti yoxlanılır

Source:


İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun rəhbərliyi dövründə idarələrin, büdcə təşkilatlarının fəaliyyəti yoxlanılır

Maliyyə Nazirliyi Salyan rayonunda dövlət maliyyə vəsaitlərindən istifadənin miqyaslı yoxlanmasına başlayıb. Yoxlama bu həftə başlayıb və 40 gün davam edəcək.

Bu barədə “Turan İA”-a məlumatlı mənbələrdən məlum olub. Agentlik Rayon İcra Hakimiyyətindən və Maliyyə Nazirliyindən şərh ala bilməyib.

Əsasən son üç ildə, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun rəhbərliyi dövründə idarələrin, büdcə təşkilatlarının fəaliyyəti yoxlanılır.

Ötən il “Demokratiyaya yardım” QHT-nin rəhbəri Emil Məmmədov rayondakı korrupsiya faktları, qeyri-şəffaf tenderlər, büdcə vəsaitlərinin mənimsənilməsi barədə prezident İlham Əliyevə açıq məktub yazmışdı.

Bundan sonra rayonda ona təzyiqlər başlayıb. Apreldə o, pul almaq kimi uydurma ittihamla həbs edilib. Rayon məmurları onun üzünə yalançı şahidlik ediblər.

E.Məmmədovun məhkəmə prosesi iyulun 31-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində başlayacaq.

Ana səhifəXəbərlərMaliyyə Nazirliyi Salyan rayonunda miqyaslı yoxlamaya başlayıb