Maliyyə naziri 2015-ci il dövlət büdcəsinə dəyişikliklərə lüzum görmür

“Əgər büdcə gəlirlərinin icrasında kəsir rüblər üzrə 20 faizlik, yarımillik isə üzrə 30 faizlik limit keçmirsə, hökumət parlamentin iştirakı olmadan büdcə göstəricilərini dəyişmək üçün səlahiyyətlərə malikdir.

Source:


“Əgər büdcə gəlirlərinin icrasında kəsir rüblər üzrə 20 faizlik, yarımillik isə üzrə 30 faizlik limit keçmirsə, hökumət parlamentin iştirakı olmadan büdcə göstəricilərini dəyişmək üçün səlahiyyətlərə malikdir.

Azərbaycan 2015-ci il dövlət büdcəsinin proqnozlarına dəyişikliklər edilməsi üçün hələ səbəb görmür. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov brifinqdə deyib.

Onun sözlərinə görə, qanunvericilikdə müəyyən meyarlar var ki, onlardan sonra dəyişikliklər edilməsi lazımdır: “Lakin biz hələ buna ehtiyac görmürük. 2015-ci il dövlət büdcəsi proqnozlaşdırılarkən neftin qiyməti 90 dollardan götürülmüşdü, lakin neftin qiyməti aşağı düşdükdən sonra aydındır ki, bu rəqəm bir qədər yüksəkdir. Şübhəsiz ki, bu, dövlət büdcəsinin gəlirlər hissəsinə təsir edir. Lakin dövlət büdcəsinə birbaşa zərər o qədər də böyük deyil. Əlbəttə, neftin qiymətinin azalması ölkənin tədiyə balansına mənfi təsir edir”.

S.Şərifov qeyd edib ki, ölkə hökuməti bu istiqamətdə müəyyən addımlar atır: “Biz büdcədən daha səmərəli istifadə etmək istəyirik. Bununla belə, investisiya layihələrinin reallaşdırılmasını ləngitməyi planlaşdırırıq, yəni bəzi həmin layihələri gələn ilə keçirməyi nəzərdə tuturuq”.

Nazir Samir Şərifovun fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Rövşən Ağayev “Büdcə sistemi haqqında” Qanunun 15.5-ci maddəsini əsas gətirərək bildirdi ki, cari ilin dövlət büdcəsi haqqında Qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanunvericilik təşəbbüsü qaydasında Milli Məclis qarşısında məsələ qaldırıla bilər. Qanunun 23.5-ci maddəsində müəyyən olunduğu kimi, dövlət büdcəsinin icrası zamanı ilin hər hansı rübündən birinin yekununa görə,  faktiki daxilolmalar rəsmi təsdiqlənmiş rüblük proqnozdan 20 faizdən çox kənarlaşma olarsa, büdcə icrası Milli Məclisin müvafiq komitələrində müzakirə edilir. Düzdür, qanunda mütləq qaydada göstərilmir, amma əgər birgə müzakirələr əsasında büdcənin dəyişilməsi zəruri hesab edilərsə, 23.3-cü maddəyə görə, 15 may – 15 oktyabr aralığında dəyişikliklə bağlı qanun layihəsi parlamentə təqdim edilə bilər.

“Əgər büdcə gəlirlərinin icracında kəsir rüblər üzrə 20 faizlik, yarımillik isə üzrə 30 faizlik limit keçmirsə, hökumət parlamentin iştirakı olmadan büdcə göstəricilərini dəyişmək üçün səlahiyyətlərə malikdir. 1-ci rübün nəticəsinə görə, icrada nəinki kəsir yaranıb, əksinə 1 faiz proqnozdan artıq icra olub. Bunun da səbəbi odur ki, büdcənin 53.5 faizini formalaşdıran Neft Fondu hələ ki, büdcə qarşısında öhdəliklərini tam yerinə yetirib. Hökumət büdcəni bir halda dəyişəcək – əgər Neft Fondunun büdcəyə transferlərini ən azı 3.5-4 milyard manat kəssin”,-deyə Ağayev fikrini tamamlayıb.

Ana səhifəXəbərlərMaliyyə naziri 2015-ci il dövlət büdcəsinə dəyişikliklərə lüzum görmür