Bu ilin yanvarında isə palatanın əsas gəliri 2 mln. 222 min manat olub
Ötən il Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) aktivləri 8 mln. 987 min manat olub.
Palatanın açıqladığı hesabata görə, aktivlərin 3 mln. 352 min manatı qısamüddətli, 5 mln. 635 min manatı isə uzunmüddətlidir.
Qısamüddətli aktivlərin strukturuna baxdıqda məlum olur ki, burada ehtiyatların payı 58 min manat, qısamüddətli debitor borclarının payı 369 min, pul vəsaitləri və onların ekvivalentlərinin payı 2 mln. 909 min manat, sair qısamüddətli aktivlərin payı isə 16 min manatdır.
Uzunmüddətli aktivlərin strukturunda isə torpaq, tikinti və avadanlıqların payı 4 mln. 96 min manat, qeyri-maddi aktivlərin payı 1 mln. 496 min manat, sair aktivlərin payı isə 44 min manat təşkil edir.
Palatanın öhdəlikləri 635 min manatdır ki, bunun da hamısı qısamüddətlidir.
MBNP-nin nizamnamə kapitalı 5 mln. manat, cəmi kapital isə 8 mln. 352 min manatdır.
Palata ötən ili 2 mln. 328 min manatlıq zərərlə başa vurub. Hesabat dövrünün sonuna publik hüquqi şəxsin əməliyyat zərəri 2 mln. 314 min manata çatıb. Cari ilin yanvarın 1-ə Palatanın əsas əməliyyat gəliri 2 mln. 222 min manat, əsas əməliyyat xərcləri isə 4 mln. 536 min manat təşkil edib.
MBNP il ərzində inzibati xərclərə 4 mln. 536 min manat yönəldib.