Maliyyə Bazarlarına Nəzarət Palatası

Mənbə: Foto: arxiv

Başlıq: Maliyyə Bazarlarına Nəzarət Palatası

Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi

Məqalə yeniləndi:  28 Noyabr 2019

Qurumun hüquqları və əmlakı Mərkəzi Banka verildi

Prezident İlham Əliyev noyabrın 28-də Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən qurumun səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası 2016-cı ilin fevralında təsis olunub. Mart ayında isə palatanın nizamnaməsi təsdiqlənib.

Palatanın sədri Rüfət Aslanlı idi.

Ötən ilin aprelində Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub. Bununla da Rüfət Aslanlı vəzifəsini itirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  28 Noyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8rbbyv

Ən çox baxılan