”Vətəndaşlar üzləşdikləri qanunsuzluqlarla bağlı Palataya müraciət etsinlər”
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kommersiya banklarına xəbərdarlıq məktubu göndərib. APA yazır ki, bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
“İndiki həssas dönəmdə hansısa bank valyuta mübadiləsi əməliyyatlarının aparılması zamanı qanunvericiliyin tələbini pozarsa, biz tənzimləyici olaraq ən ciddi tədbirləri görəcəyik”, – deyə R. Aslanlı bildirib.
R. Aslanlı vətəndaşlardan üzləşdiyi qanunsuzluqlarla, pozuntularla bağlı Palataya müraciət etməyini xahiş edib.