”Malımızı sata bilmirik”

“Noyabr-dekabr aylarında ekib becəririk, mayın əvvəllərində yığıma başlayırıq. Bu müddətdə vaxtlı vaxtında su veririk, çürüməyə və zərərvericilərə qarşı dərmanlayırıq”.

Bu sözləri Cəlilabad rayonunda çiyələk əkimi ilə məşğul olan Təmkin Şükürov deyir. O, 10 ildir ki, ciyələk əkib-becərir. Çiyələk becərməkdə çətinliklərin olduğunu deyən Təmkin Şükürov ən böyük problemi suvarmada görür: “Bəzi şeylər var ki, dövlət tərəfindən köməklik olsa, yaxşı olardı. 25 metrlik quyu qazıb su cıxarırıq. Həmin suyu motorlarla sahəyə veririk. Motorun işləməsi üçün bizə enerji lazımdır, bunu da benzinlə işləyən generatorlarla edirik. Elektrik enerjisi xətti olsaydı, həm bir günə 25 manatlıq benzin işlətməzdik, həm də əlavə yağına və təmirinə də xərcimiz çıxmazdı”.

Təmkin Şükürov əkindən yığıma qədər çəkilən əziyyət və xərclərdən əlavə satışda da problem yaşadıqlarını deyir: “Malımızı sata bilmirik. Çiyələk elə bir məhsuldur ki, bir gün keçəndən sonra tez xarab olur. Tez satılmalıdır ki, zərər etməyək. Ciyələk mürəbbəsi, ya başqa məhsullar istehsal edən zavodlar olsa, bizə də köməkliyi dəyərdi, satışda daha az əziyyət çəkərdik”.

Ana səhifəVideo”Malımızı sata bilmirik”