Malik Ələkbərov: Şəhid ailəsi üzvlərinin bir hissəsi həbsxanadan buraxılıb

Ancaq Malik Ələkbərov nə qədər məhbusun buraxılması barədə açıqlama verməyib.

Source: milli.az


Mehman Sadıqov: "Kifayət qədər məhbus buraxılıb, ancaq dəqiq say deyə bilməyəcəyəm"

“II Qarabağ müharibəsində şəhid olan şəxslərin cəzaçəkmə müəssisələrində olan valideynləri, yaxın qohumlarının bir hissəsi azadlığa buraxılıb”.

Bu fikri Azərbaycan Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.

Ancaq Malik Ələkbərov nə qədər məhbusun buraxılması barədə açıqlama verməyib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Mehman Sadıqov Meydan TV-nin bu haqda sualına: “Kifayət qədər məhbus buraxılıb, ancaq dəqiq say deyə bilməyəcəyəm”, – deyə cavab verib.

Müdafiə Nazirliyinin yanvarın 18-də II Qarabağ savaşında həlak olan hərbçilərin növbəti siyahısını yayıb.

Bildirilib ki, 2855 nəfər dəfn olunub, 50 hərbçi itkin düşüb.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Ana səhifəSiyasətMalik Ələkbərov: Şəhid ailəsi üzvlərinin bir hissəsi həbsxanadan buraxılıb