Mali prezidenti hərbi çevrilişdən sonra istefaya gedib

Çevrilişin arxasında dayanan əsgərlər özlərini Xalqın Qurtuluşu üzrə Milli Komitə adlandırıb və dövlət televiziyasında çıxış edərək ölkənin stabilliyi üçün çalışacağına söz verib.

Source: Specify Source


“Məni hakimiyyətdə qalmaq üçün qan tökülməsini istəmirəm”

Mali prezidenti İbrahim Boubacar Keita hərbi çevriliş nəticəsində istefa verib, – “Aljazeera” xəbər verir.

Ölkədə aylardır davam edən kütləvi etirazlardan sonra əsgərlər onun mənzilləndiyi evə daxil olaraq Keitanı ələ keçiriblər.

Qərbi Afrika ölkəsi uzun müddətdir korrupsiya və getdikcə daha da pisləşən təhlükəsizlik problemlərindən əziyyət çəkir.

Keitanın istefa xəbəri çərşənbə günü hökumət əleyhinə etirazçılar tərəfindən sevinclə qarşılanıb. Hərbi çevriliş liderləri isə uyğun zaman kəsimində siyasi keçid edəcəyini və seçkilər keçirəcəyini bildirib.

Çevrilişin arxasında dayanan əsgərlər özlərini Xalqın Qurtuluşu üzrə Milli Komitə adlandırıb və dövlət televiziyasında çıxış edərək ölkənin stabilliyi üçün çalışacağına söz verib.

“Biz hakimiyyəti qəsb etmirik, bizə ölkənin sabitliyi lazımdır”,- Mali Hərbi Hava Qüvvələrinin baş qərargah rəisinin müavini İsmail Vaqa (Waqa) deyib.

“Biz səninlə birlikdə bu ölkəni əvvəlki böyüklüyünə qaytara bilərik”,- Vaqa xalqa müraciət edərək deyib.

Keita gecəyarısı milli telekanal ORTM-də qısa çıxışında vəzifəsindən getdiyini bildirib. Yorğun görünən və maska taxan 75 yaşlı prezidentin müddətinin bitməsinə üç il qalmışdı. O, həmçinin hökumətinin və Milli Məclisin buraxıldığını elan edib.

“Əgər bu gün silahlı qüvvələrimizin bəzi elementləri müdaxilə ilə bunun başa çatmasını istəyirlərsə, həqiqətən bir seçimim varmı?” – Keita deyib.

“Məni hakimiyyətdə qalmaq üçün qan tökülməsini istəmirəm”, – o deyib: “Mən vəzifədən getməyə qərar verdim”.

Ana səhifəDünyaMali prezidenti hərbi çevrilişdən sonra istefaya gedib