Malena Mard: ”Yeni tərəfdaşlıq sazişi imzalamağa çalışırıq”

“Sazişin əsasən qanunun aliliyi, insan haqları, demokratiya, ticarət, iqtisadiyyat və digər sahələri əhatə etməsini istəyirik”

Source:
Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard

Biz çalışırıq ki, hər iki tərəf üçün uyğun olan yeni strateji tərəfdaşlıq sazişi imzalayaq.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard deyib.

Onun sözlərinə görə, sazişin əsasən qanunun aliliyi, insan haqları, demokratiya, ticarət, iqtisadiyyat və digər sahələri əhatə etməsini istəyirlər: “Biz daha geniş əlaqələr qurmaq üçün yeni yollar axtarmalıyıq” .

O bildirib ki, qanunun aliliyi, reginların inkişafı sahəsində Azərbaycana qrantlar formasında yardımlar olacaq: “Bu 75-90 min avro təşkil edəcək. Bu, Şərq Tərəfdaşlığının bir hissəsidir”.

Səfir Avropa Qonşuluq siyasətinin nəzərdən keçirildiyini və bu məsələdə hökümətin, vətəndaş cəmiyyəti üzvlərinin rəylərinin öyrənildiyini deyib.

Ana səhifəXəbərlərMalena Mard: ”Yeni tərəfdaşlıq sazişi imzalamağa çalışırıq”