Malayziya təyyarəsinin Rusiya raketi ilə vurulması təsdiqləndi

İstintaq raketin Zaroşensk qəsəbəsindən buraxılması ilə bağlı Rusiya tərəfinin iddiasını təsdiqləməyib

Source:
foto rbc.ru
foto rbc.ru


İstintaq raketin Zaroşensk qəsəbəsindən buraxılması ilə bağlı Rusiya tərəfinin iddiasını təsdiqləməyib

2014-cü ildə Donbas üzərində Malayziya təyyarəsinin vurulmasını araşdıran beynəlxalq istintaq qrupu, təyyarənin Rusiyadan gətirilmiş “Buk” raketi ilə vurulduğunu

açıqlayıb

.

Hesabatda bildirilir ki, “Boinq” sərnişin təyyarəsi iyulun 17-də Snejnoe şəhərinin 6 kilometrliyində yerləşən Pervomaysk qəsəbəsindən buraxılan raketlə vurulub.

Bu ərazi həmin vaxt rusiyapərəst separatçıların nəzarətində olub.

Müstəntiqlərin sözlərinə görə, raket buraxıldıqdan sonra “Buk” qurğusu yenidən Rusiyaya qaytarılıb.

Niderlandın baş prokuroru Fred Vesterbekin sözlərinə görə, istintaq qəza, terror aktı və digər təyyarədən hücum versiyalarını rədd edib.

İstintaq raketin Zaroşensk qəsəbəsindən buraxılması ilə bağlı Rusiya tərəfinin iddiasını təsdiqləməyib.

Amma raketin separatçıların təşəbbüsü ilə buraxılması və ya onu Rusiya hərbçilərinin koordinasiya eləməsi hələlik müstəntiqlərə bəlli deyil.

Hesabata əsasən bu məsələdə 100-ə yaxın şübhəli var.

Separatçıların iyulun 16-17-də telefonla Rusiya “Buk” nu müzakirə eləməsi əsas sübutlardan biridir.

Ələ keçirilən telefon danışığı mətbuat konfransında ictimaiyyətə təqdim edilib.

Rusiya separatçılara belə bir silah vermədiyini və təyyarənin Ukrayna hərbçiləri tərəfindən vurulduğunu iddia edir.

2014-cü ildə baş verən bu faciədə 298 adam ölüb ki, onların əksəriyyəti Niderland vətəndaşlarıdır.

Təyyarə Amsterdamdan Kuala Lumpura uçurdu.

Ana səhifəXəbərlərMalayziya təyyarəsinin Rusiya raketi ilə vurulması təsdiqləndi