Makedoniya NATO-ya qatılma protokolunu imzalayıb

Makedoniya 29 ölkənin birləşdiyi NATO-ya qatılmaq üçün protokol imzalayıb. Beləliklə, Makedoniyanın alyansın 30-cu üzvü olması üçün yolu açılıb. Ancaq prosesin tamamlanmasından ötrü protokolun ittifaq üzvü olan bütün ölkələrin parlamentlərində təsdiqlənməsi lazımdır.

Yunanıstan parlamenti Makedoniyanın rəsmi adı ilə bağlı 27 illik müzakirələrə son qoyan müqaviləni təsdiqləmişdi.

Müqavilə ilə Makedoniyanın rəsmi adı "Şimali Makedoniya Respublikası" oldu.

Yunanıstanın Saloniki şəhərinin də daxil olduğu şimal bölgəsinin adı da Makedoniya olduğu üçün hesab edirdi ki, Skopje hakimiyyeti (Makedonya dovleti) onun torpaqlarına iddialıdır. Ona görə də Yunanıstan Makedoniyanın NATO və Avropa Birliyi üzvlüyünə maneə yaradırdı.

Makedoniya xarici işlər naziri Nikola Dimitrov, üzvlük protokolunu imzaladıqdan sonra ölkənin "bir neçə gün içində" rəsmi adını dəyişdirəcəyini söyləyib.

Öz ölkəsinin və Yunanıstanın liderlərini mədh edən Dimitrov, "Bu, dünyamızı daha dinc və daha yaxşı bir yer yaratmağa çalışan bir ailədir. Bu səyahət bizi daha da yetkinləşdirdi. Biz məsuliyyət ala biləcəyimizi, problemlərlə qarşılaşa biləcəyimizi və bu problemləri həll edə biləcəyimizi sübut etdik. Qonşularımızla olan problemlərimizi də tezliklə həll edəcəyik," - deyib.

NATO baş katibi Jens Stoltenberq (Jens Stoltenberg) bu gün üçün "tarixi bir gün" ifadəsini işlədib.

Makedoniyanın ittifaqa qoşulma protokolunu bu həftə ratifikasiya edən ilk ölkənin Yunanıstan olması gözlənilir.

Daha sonra Makedoniya BMT-ni və digər təşkilatları ad dəyişikliyi barədə məlumatlandıracaq.

Afina mərkəzli jurnalist Stelyo Berberakis müxalif Yeni Demokratiya Partiyasının Yunanıstan parlamentindəki səsverməni rədd edəcəyini, ancaq sonradan 300-dən çox üzvü olan parlamentonun 151 millət vəkilinin protokola dəstək verdiyini söyləyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/abem3y

Ən çox baxılan