Mais Məmmədov: “Nuşirəvan Məhərrəmlinin televiziya sahəsindən anlayışı yoxdur”

“Rəhmətlik Heydər Əliyev senzuranı ləğv elədi, amma Nuşirəvan Məhərrəmli özünü senzor kimi aparır”

Source:


“Rəhmətlik Heydər Əliyev senzuranı ləğv elədi, amma Nuşirəvan Məhərrəmli özünü senzor kimi aparır”

“Nuşirəvan Məhərrəmlinin televiziya sahəsindən anlayışı yoxdur. Ona görə də ANS-in ünvanına əsassız ittihamlar səsləndirir”.

Bu sözləri Azadliq.info-ya ANS Şirkətlər Qrupu prezidentinin media məsələləri üzrə müşaviri Mais Məmmədov Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşiravan Məhərrəmlinin ANS haqqında ittihamlarına münasibət bildirərkən deyib.

Mais Məmmədov əlavə edib ki, Nuşirəvan Məhərrəmli bir dəfə də olsun ANS-dəki verilişlərlə bağlı telekanal rəhbərliyi ilə müzakirə aparmayıb: “Onun işi ancaq əmr verməkdir. Bir dəfə gəlib deməyib ki, siz burda nə işlə məşğulsuz? Gəlsin təkliflərini versin, müzakirə etsin. Amma o, kabinetindən, maşınından çıxmır. Heç bir müzakirə aparılmadan, təkliflər səsləndirilmədən əmr vermək, cərimələmək doğru deyil. Nuşirəvan Məhərrəmli çinovnikdir, jurnalist deyil. Rəhmətlik Heydər Əliyev senzuranı ləğv elədi, amma Nuşirəvan Məhərrəmli özünü senzor kimi aparır”.

Mais Məmmədov hesab edir ki, Nuşirəvan Məhərrəmli ANS-in də digər telekanallar kimi olmasını istəyir: “Məsələnin kökündə bu dayanır. ANS bir az fərqli telekanaldır. Amma Nuşirvan Məhərrəmli istəyir ki, ANS də digər telekanallar kimi olsun. Axı belə olmaz. Məsələn, sizin qəzetlə, saytınız fərqlidir. Yəni, bütün media quruluşları eyni ola bilməz. Deyir ki, aparıcı pisdir. Onun işi bu deyil axı. O, hansısa verilişə, aparıcıya qiymət verə bilməz. Çünki bayaq dediyim kimi, Nuşirəvan Məhərrəmli jurnalist deyil, xüsusilə televiziya sahəsini bilmir”.

bir neçə gündür MTRŞ-lə ANS arasında qalmaqal yaranıb. Qurum ANS-in bir neçə verilişinin yayımına qadağa qoyub. Telekanal isə MTRŞ-in bu qərarını əsassız sayır. Nuşirəvan Məhərrəmli də öz növbəsində ANS-in mövqeyinə münasibət bildirərkən telekanal haqqında ağır ittihamlar səsləndirib.

Ana səhifəXəbərlərMais Məmmədov: “Nuşirəvan Məhərrəmlinin televiziya sahəsindən anlayışı yoxdur”