Tamaşada Azərbaycanın Əməkdar artistləri Fərid Əliyev Pinkerton, Səbinə Vahabzadə isə Suzuki rolunu ifa edəcəklər
Aprelın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək C.Puççininin “Madam Batterfly” operasının tamaşasında azərbaycanlı opera sənətçiləri ABŞ və Ukraynadan olan vokalçıları ilə birlikdə çıxış edəcəklər.
Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilk dəfə olaraq bu operada Çio-Çio-San partiyasını Cənubi Koreya mənşəli amerikalı vokalçı Sueon Kim ifa edəcək.
Sueon Kim Nyu-Yorkun Karneqi-holl, Vyananın Müzikfereyn, Tokionun Santori-holl və Honkonqun City-holl kimi saraylarında solo konsertlər və opera tamaşalarında çıxış edib.
Vokalçı Fransa, Almaniya, Yaponiya, Cənubi Koreya, Çexiya, Nyu-Yorkun “Metropoliten-operası”nda “Kənd namusu”, “Traviata”, “Don Juan”, “Boqema”, “Trubadur”, “Armida” və s. opera tamaşalarında əsas partiyaları ifa edir.
Aprelin 9-da “Madan Batterflyay” operasının tamaşasında Şarples partiyasında isə Ukraynanın Əməkdar artisti Dmitri Qrişin çıxış edəcək.
Tamaşada Azərbaycanın Əməkdar artistləri Fərid Əliyev Pinkerton, Səbinə Vahabzadə isə Suzuki rolunu ifa edəcəklər.
Tamaşanın dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlovdur.