2015-ci ildə baş verən iki devalvasiyadan sonra, bir sıra iri və kiçik müəssisələr fəaliyyətlərini dayandırdı. Nəticədə bu müəssisələrdə çalışanlar əmək haqlarını ala bilmədilər.
Bəziləri şikayətləri ilə dövlət orqanları qarşısında etiraz aksiyaları keçirdi.
Bəs Bakı sakinləri maaşlarını vaxtında ala bilirmi? Meydan TV bu sualla sakinlər arasında sorğu keçirib.