Məşhur “Tinder fırıldaqçısı” Gürcüstanda saxlanılıb

Foto: Netflix arxivindən

“Tinder fırıldaqçısı” kimi tanınan İsrail vətəndaşı Simon Leviev Batumi hava limanında həbs edilib.

OC Media yazır ki, Simon Yehuda Hayut kimi tanınan Leviev, onun müxtəlif fırıldaqlarından bəhs edilən ”Tinder Swindler” adlı məşhur Netflix sənədli filminin qəhrəmanı olub. İllər boyu davam edən cinayətkarlığı zamanı Levievin müxtəlif insanlardan və banklardan təxminən 1 milyard dollar ələ keçirdiyi güman edilir. O, həmçinin Tinder-də qadınları cəlb etmək üçün məşhur almaz kralı Lev Levievlə qohum olduğunu iddia edirdi.

2022-ci ildə sənədli filmin nümayişindən sonra Leviev CNN-ə deyib ki, o, ittihamları rədd edir və “sadəcə bir neçə qızla tanış olmaq istəyib”.

Onun vəkili İsrailin Walla mediasına bildirib ki, onun həbsinin səbəbləri hazırda məlum deyil.

“Saxlanılandan sonra bu səhər onunla danışdım, amma səbəbini hələ başa düşmürük. O, bütün dünyanı sərbəst gəzir”, – deyə vəkili bildirib.

Leviev 2019-cu ildə Yunanıstanda həbs edilib və daha sonra İsrailə ekstradisiya edilib, orada dələduzluq, saxtakarlıq və oğurluqda təqsirli bilinərək 15 aylıq həbs cəzası alıb. COVID-19 pandemiyası səbəbindən o, bu müddətin cəmi 5 ayını həbsdə olub.

Gürcüstan Daxili İşlər Nazirliyi OC Media-ya bildirib ki, Leviev İnterpolun siyahısında olub və sərhədi keçərkən saxlanılıb.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərMəşhur “Tinder fırıldaqçısı” Gürcüstanda saxlanılıb