Hakim ABŞ hökumətinə bu qərarın icrası ilə bağlı hər ay hesabat verməyi tapşırıb
Vaşinqton Federal Məhkəməsi aprelin 22-də Tramp administrasiyasının “Amerikanın Səsi” (Voice of America, VOA), “Azad Asiya Radiosu” (Radio Free Asia) və “Yaxın Şərq Yayım Şəbəkələri” (Middle East Broadcasting Networks) kimi hökumət tərəfindən maliyyələşən media orqanlarını bağlamaq cəhdlərini dayandırmaqla bağlı qərar çıxarıb.
Məhkəmə “Amerikanın Səsi” “Azad Asiya Radiosu” və “Yaxın Şərq Yayım Şəbəkələri” media qurumlarının yayımını davam etdirmək üçün bütün zəruri tədbirləri görmək barədə qərar çıxarıb.
Hakim ABŞ hökumətinə bu qərarın icrası ilə bağlı hər ay hesabat verməyi tapşırıb.
2025-ci il martın 14-də Prezident Donald Tramp imzaladığı sərəncamla ABŞ hüdudlarından kənarda auditoriyaya yayımlanan yüzlərlə media əməkdaşını ödənişsiz məzuniyyətə göndərib. Bu, ilk növbədə, “Amerikanın Səsi” və “Azadlıq” radiosu kimi media qurumlarının əməkdaşlarına təsir edib.
2025-ci il martın 24-də VOA-nın altı jurnalisti Tramp administrasiyası və ABŞ-nin Qlobal Media Agentliyini (USAGM) məhkəməyə verib.
Məhkəmədən xahiş olunub ki, USAGM vasitəsilə maliyyələşən xəbər qurumlarının fəaliyyəti bərpa olunsun.