Məhəmməd Kekalova vəkili ilə telefon danışığına icazə verilimir

Məhəmməd Kekalov. Foto: Meydan TV

“AbzasMedia işi” üzrə həbs olunmuş Məhəmməd Kekalova vəkili ilə telefon danışığına icazə verilimir.

Bu barədə məlumatı AbzasMedia-ya onun yaxınları bildirib.

Ailəsi deyir ki, bu gün saxlanıldığı Umbakı həbsxanasında vəkilinə zəng edərkən həbsxana işçiləri telefonu zorla Kekalovun əlindən alıb. Ona deyiblər ki, ancaq həbsxana rəisinin icazəsindən sonra vəkili ilə əlaqə saxlaya bilər.

Məhəmməd Kekalov 2023-cü il noyabrın 20-də “AbzasMedia işi” üzrə saxlanılıb. 

O,  2025-ci il iyunun 20-də 7 il 6 ay azadlıqdan məhrum edilib.

Kekalov qaçaqmalçılıq və müxtəlif maliyyə cinayətlərini ehtiva edən səkkiz maddə ilə ittiham olunub.

“AbzasMedia işi” üzrə həbs edilənlərə qarşı istintaq dövründə vəkilləri ilə telefon danışığına qadağa qoyulmuşdu. Ancaq bu məhdudiyyətin yekun məhkəmənin hökmündən sonra qüvvədə qalması ilə bağlı rəsmi məlumat yoxdur.

Ana səhifəSiyasətMəhəmməd Kekalova vəkili ilə telefon danışığına icazə verilimir