“Lukoyl”un Direktorlar Şurasının rəhbəri həlak olub

Ravil Maqanov. Mənbə: Telegram

Maqanovun xəstəxananın pəncərəsindən yıxıldığı iddia olunur

“Lukoyl” neft şirkətinin Direktorlar Şurasının rəhbəri Ravil Maqanovun xəstəxananın pəncərəsindən yıxılaraq öldüyü bildirilir.

Məlumatı Rusiya mediası “Telegram” kanallarına istinadən yayıb.

Bildirir ki, Ravil Maqanov Marşal Timoşenko küçəsində yerləşən Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsindən yıxılıb.

Onun meyiti tibb işçiləri tərəfindən aşkar edilib.

RBC-nin polisdəki mənbəsinin məlumatına görə, hadisə sentyabrın 1-də saat 7:30 radələrində baş verib.

67 yaşlı R.Maqanov 1993-cü ildən şirkətdə çalışırdı.

O, 2006-cı ildə I vitse-prezident, 2 il əvvəl isə Direktorlar Şurasının rəhbəri təyin olunub.

Bu ilin martin 3-də “Lukoyl”un Direktorlar Şurası Rusiya hökumətini Ukraynaya qarşı müharibəyə son qoymağa çağırış etmişdi.

“Direktorlar Şurası Ukraynada davam edən faciəli hadisələrlə bağlı narahatlığını və bu faciədən zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı verir”, – deyə müraciətdə qeyd olunmuşdu.

Direktorlar Şurası vəziyyətin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirmişdi.

Ana səhifəDünya“Lukoyl”un Direktorlar Şurasının rəhbəri həlak olub